Azərbaycanın G-124-ü birinci yerə çıxdı - Video

Gündəm
11:39 / 08.08.2017
1085
Dəniz kuboku - 2017 müsabiqəsinin "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində "Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizod icra edilib.
Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, epizodun icrası ilə bağlı yekun nəticələrə dair beynəlxalq hakimlər kollegiyasının qərarına əsasən Azərbaycan HDQ-nin G-124 gözətçi gəmisinin ekipajı ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb. Rusiya HHD-nın "Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı ikinci, İran HDQ-nin "Cövşən” raket katerinin ekipajı üçüncü, Qazaxıstan HDQ-nin "Sarıarka” raket artilleriya gəmisinin ekipajı isə dördüncü yerdə qərarlaşıblar.