Güləş Federasiyasından Rəsul Çunayevlə bağlı — AÇIQLAMA

Güləş Federasiyasından Rəsul Çunayevlə bağlı — AÇIQLAMA
Sfera.az-ın xəbərinə görə, bunu AzVision.az-a federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.

Onun sözlərinə görə, yığma komandanın sərbəst və yunan-Roma güləşi üzrə idmançıları hazırda dünya çempionatına hazırlıqla bağlı təlim- məşq toplanışındadırlar.

"Güləşçilərimiz məşqlərdə iştirak edirlər. Ayın 18-dən sonra dünya çempionatına yola düşəcəklər. Hazırda hər şey qaydasındadır. İdmançılarla heç problemimiz yoxdur”.

Mətbuat katibi güləşçi Rəsul Çunayevin dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib. 

"Heyət hələ tam müəyyənləşməyib. Ona görə dəqiq məlumat verə bilmərəm. Böyük ehtimalla Çunayev dünya çempionatında iştirak edəcək. Hazırda o, təlim -məşq toplanışında iştirak edir”. 

Rəsul Çunayevin şəxsi məşqçisi İsmayıl Çopsiyev AzVision.az-a açıqlamasında tələbəsi ilə federasiya arasında münasibətlərin qaydasında olduğunu deyib.

"Çunayevlə Güləş Federasiyanın münasibəti qaydasındadır. Rəsul dünya çempionatına hazırlaşır. Hər gün məşqlərdə olur. Buna görə də başı qarışıqdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl başda Rəsul Çunayev olmaqla Azərbaycanın tanınmış güləşçiləri Güləş Federasiyasının idmançılara qarşı biganəliyinə etiraz etmişdilər. 

OXŞAR XƏBƏRLƏR

Aynur Dadaşovanın hansı videosun 300 dollara satıblar? - ŞOK AÇIQLAMA

Aparıcı Sərxan Kərəmoğlu maraqlı açıqlamalar verib.   Sfera.az xəbər verir ki, o bundan 22 il öncə onun proqramında əlbəyaxa olan müğənnilərdən ...

Cennifer Lopez öz fotolarını paylaşdığı üçün məhkəməyə verilib - FOTO

Cennifer Lopez Hollivud şənliyindən öz fotolarını paylaşmaqda ittiham olunur. Müğənni və aktrisa bu ilin yanvarında Qızıl Qlobus Mükafatlarının təqdimetmə məras...

Azərbaycan bu ölkədə zeytun yağı istehsal edəcək

Azərbaycan Dağıstanda zeytun bağları və eyni adlı məhsul üzrə yağ zavodunun tikintisinə sərmayə yatırmağı planlaşdırır   Sfera.az xəbər verir ki, &qu...

Donanma gəmisi körpüyə çırpıldı: Ölən və yaralananlar var

ABŞ-ın Nyu-York şəhərində Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təlim gəmisi Bruklin körpüsünün altından keçməyə cəhd edərkən dirəkləri sınıb. 2 nəfər ölüb, 20...

Dilimizin arxasındakı ağlığın səbəbi nədir?

Dilinizin arxasında zaman zaman ağ örtük əmələ gəldiyini fərq etmiş ola bilərsiniz. Təbii ki, insan bunu görəndə narahat olur. "Bir problem varmı?"-de...

Bakı-Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var -FOTO

Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində zəncirvari qəza olub, ölən və yaralananlar var.   Sfera.az xəbər verir ki, hadisə zamanı "Me...