Ekspert: Rusiyanı çətin günlər, Azərbaycanı isə…

Ekspert: Rusiyanı çətin günlər, Azərbaycanı isə…

ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar şimal qonşumuzun iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir və Moskvanı yenidən pisləşmiş makro-iqtisadi göstəricilər sindromu ilə üz-üzə qoya bilər.

Sfera.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, yeni sanksiyaların tam reallaşacağı halda Rusiya əsas regional layihələrdə iştirakdan mərhum olmaqla yanaşı, bu ölkənin maliyyə və qiymətli kağızlar bazarı da ciddi risk altına düşəcək:

"Təbii ki, bu kontekstdən rublun kursu yenə də gündəmə gəlir. Aydındır ki, sanksiyalar Rusiyanın valyuta bazarına da təsirsiz ötüşməyəcək. Buna görə də sanksiyaların necə tətbiq olunması və eləcə də Avropa Birliyinin mövqeyi rublun taleyi baxımdan əhəmiyyətli olacaq. Rəsmi statistikada neftin dünya bazar qiyməti aşağı düşdükdən sonra xarici valyuta ehtiyatlarının təxminən 88 milyard dollarını itirərək 343 milyard dollara ehtiyata malik olan Rusiya Mərkəzi Bankının da intervensiya imkanları qısamüddətli dövrdə mümkün olsa da, uzunmüddətli zaman üçün yetərli deyil. Digər tərəfdən, 529 milyard dollarlıq xarici borcu olan Rusiyada borc öhdəlikləri rezervlərdən 34 faiz çoxdur. Bu isə Rusiyada "sığorta yastığının” çox həssas olduğundan xəbər verir. Unutmayaq ki, 2017-2019-cu illər üçün orta hesabla 1,3 faiz iqtisadi atım proqnozlaşdıran beynəlxalq maliyyə qurumları isə bu qənaətə yeni sanksiyalardan öncə gəlmişdilər.

Şimal qonşumuzun makro-iqtisadi göstəricilərinin təhlili deməyə əsas verir ki, yeni sanksiyalar tam miqyası ilə tətbiq olunduğu halda rublun yenidən dəyərsizləşməsinin qarşısını almaq çətin olacaq. Təbii ki, hələlik sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcəyi gözlənilir və bu baxımdan da xarici valyutaya tələb artsa da, Moskva rublu müəyyən müddət qorumağa çalışacaq. Amma sankiyaların tam gücü ilə tətbiq olunacağı və xüsusən də Avropa Birliyininin əsas dövlətlərinin bu qadağalara qoşulacağı halda ilin sonuna doğru rubla təzyiq kəskin artacaq. Bu halda rublun yenidən dəyərsizləşməsi qaçılmaz ola bilər”.

İqtisadçının sözlərinə görə, Rusiya pulunun dəyərsizləşməsi iqtisadi baxımdan Azərbaycan üçün də arzuolunan deyil:

"Çünki bu, Rusiyaya ixracatımıza, orada yaşayan həmyerlilərimizin iqtisadi aktivliyinə təsir göstərir. İxrac olunan kənd təsərrüfatı məhsullarımızın 90 faizinin Rusiya bazarına göndərildiyini, remitensinin həcminin 1 milyard dollardan çox olduğunu nəzərə alsaq, bu təsirləri qiymətləndirmək çətin olmaz. Ucuz rubl manatın məzənnəsi üçün də arzuolunan deyil. Bu baxımdan Rusiyaya tətbiq edilən yeni sanksiyalardan sonra Azərbaycan Mərkəzi Bankı rublla bağlı bədbin ssenarilərin valyuta bazarımıza təsirini minimumlaşdırmağa öncədən hazır olmalıdır”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...