Sumqayıtda yataqxanada partlayış: ölən və yaralananlar var

Sumqayıtda yataqxanada partlayış: ölən və yaralananlar var

Sumqayıtda yataqxanada partlayış olub.

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.

Sfera.az Trend-ə istinadən bildirir ki,  hər iki nəfər Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına aparılıb.

X X X

Sumqayıtda yataqxanada partlayış olub.

Sfera.az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

 





OXŞAR XƏBƏRLƏR