“GELANDEWAGEN” QIRMIZI “BMW” ILƏ ÖTÜŞÜRMÜŞ? - DƏHŞƏTLI QƏZANIN SIRRI (FOTO)

“GELANDEWAGEN” QIRMIZI “BMW” ILƏ ÖTÜŞÜRMÜŞ? - DƏHŞƏTLI QƏZANIN SIRRI (FOTO)
Ötən gecə Bakının Heydər Əliyev prospektində baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "Mercedes Gelandewagen” markalı avtomobillə törədilmiş dəhşətli qəza sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisənin şahidi olan istifadəçilərin yazdığına görə, qəzaya səbəb yüksək sürət və ötüşmə olub. Belə ki, 10 PP 203 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen” seriyası nömrəsi bəlli olmayan "777” nömrəli qırmızı rəngli "BMW” ilə yarışa çıxıbmış. Avtomobildəkilərin çimərlikdən istirahətdən gəldiyi və Heydər Əliyev prospektində 200-250 km/ saat sürətlə hərəkət etdiyi bildirilir. Hətta şahidlər bildirirlər ki, hadisə baş verən zaman N. Allahverdiyevin digər avtomobildə olan dostu camaatı söyərək hadisə yerindən qovubmuş. Sosial şəbəkədə sürücülərə məxsus xüsusi qrupda bir neçə şahid həmin iki avtomobilin yarışdığını, yolda onları ötüb keçdiyi qeyd ediblər. Bəs qəza hadisəsinin böyük rezonans yaratdığını nəzərə alıb Dövlət Yol Polisinin Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameralarına düşən görüntülər mətbuata açıqlana bilərmi? Bu sualla Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova müraciət etdik. Şöbə rəisi bu barədə danışmağa çətinlik çəkdiyini dedi: "İndiki qanunvericiliyə görə, hər hansı yol-nəqliyyat hadisəsi baş verirsə, o hadisəyə ağırlıq dərəcəsindən asılı olaraq, baş verdiyi məkan üzrə polis idarələrində baxılır. Buna görə sizə informasiya verməkdə çətinlik çəkirəm. Dediyiniz hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır və bütün təfərrüatı ilə məlumatları oradan almaq mümkündür. Mən ancaq onu bilirəm ki, qəza hadisəsi zamanı bir nəfər piyada Vaqif Əsədov həlak olub. Onu da ona görə yadımda saxlamışam ki, ad-familiyası mənimlə eynidir. Hazırda "ekologiya postu”undayam, tədbirdir, həmin hadisə barədə geniş məlumatım yoxdur”, - deyə şöbə rəisi bildirib. Xatırladaq ki, qəza hadisəsi ötən gün gecə saatlarında baş verib. N. Allahverdiyevin yanan avtomobildən son anda özünü ataraq xilas olduğu və əllərinin yandığı bildirilir. O, hazırda Bakıda xəstəxanaların birində müalicə alır. Xəstəxana mənbələrindən isə bu məlumatı dəqiqləşdirmək mümkün olmayıb. Qeyd edək ki, sosial şəbəkələrdə Nail Allahverdiyevin avtomobillər kolleksiyasının fotoları var. Həmin fotolara əsasən, baş nazirin müavininin nəvəsinin qara rəngli, 10 PP 203 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen”lə yanaşı, eyni modeldən ağ rəngli avtomobili də var. Hətta fotolardan birində həmin ağ rəngli "Galendewagen” arxası üstə aşmış vəziyyətdə görünür. Yəni bu, nəvənin "Gelandewagen”lə törətdiyi birinci qəza deyil.



OXŞAR XƏBƏRLƏR

Zirəddindən Azərbaycanla bağlı proqnoz : 2027-ci ildə...

Tanınmış ekstrasens, kliniki psixoloq Zirədin Rzayev Zəngəzur dəhlizi ilə bağlı proqnoz verib.   Sfera.az xəbər verir ki, ekstrasens bununla bağlı Te...

Azərbaycan-Rusiya GƏRGİNLİYİ: Əsas səbəb Zəngəzur dəhlizidir? - CNN Türk

"CNN Türk" kanalında son dövrlərdə Azərbaycan - Rusiya arasındakı gərginlik və gərginliyin səbəbləri müzakirə olunub.  Səbəb Zəngəzur dəhlizidir...

Emin Rusiyadakı konsertini ləğv etdi

Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb.   Sfera.az xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində kon...

Gəncədə 1 yaşlı uşaq vəfat edib

Gəncədə 1 yaşlı uşaq xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Şəmkir rayon sakini 2024-cü il təvəllüdlü A. Məhərrəmov Gəncə şəhərində yerlə...

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Təəssüf ki, bizim Prezident Administrasiyasında Sankt-Peterburq və Volqaboyundan kənarda heç nə görməyən və yalnız iqtisadiyyat üçün olduqlarını düşünən adamlar...

“Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26-29 iyun tarixlərində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investi...