DİQQƏT! Pensiyaçılarla bağlı ŞAD XƏBƏR! Bu qədər ARTIM OLDU

DİQQƏT! Pensiyaçılarla bağlı ŞAD XƏBƏR! Bu qədər ARTIM OLDU
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% və ya 167,4 mln. manat artaraq 2000,7 mln. manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 8,7 faiz artaraq 1183,2 mln. manat təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbər verir ki, bu ilin yanvar-iyul aylarında daxilolmaların 63,9%-i və ya 755,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 11,2% və ya 75,9 mln. manat çoxdur və beləliklə də proqnoz 105% icra olunub. Cari ilin iyul ayı üzrə qeyri-büdcə proqnozunun icrası isə 107,6% təşkil edib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafik əsasında vaxtında maliyyələşdirilməsinə imkan verib.
Xatırladaq ki, ölkəmizdə əmək pensiyaçılarının sayı 01 iyul 2017-ci il tarixinə 1 mln. 325 min nəfər təşkil edir ki, onlardan 59,2%-i yaşa görə, 11,5%-i ailə başçısını itirməyə görə, 29,3%-i əlilliyə görə pensiya alır. Pensiya təminatında artım dinamikasının davamı olaraq, cari ilin 01 iyul tarixinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4% artaraq 224 manata çatıb. Sığorta-pensiya sisteminin mühüm elementi olan fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı da getdikcə artır. Sistemdə qeydiyyatda olanların sayı cari ilin əvvəlinə nisbətən 6,6% faiz artaraq 01 avqust 2017-ci il tarixə 3 mln. 512 min 269 nəfərə çatıb.
2017-ci ilin 01 aprel tarixindən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması sığortaedənlər tərəfindən hesabatların təqdim edilməsi prosesinin sadələşdirilməsinə, hesabatların sayının azaldılmasına, nəticə etibarilə sosial sığorta sahəsində iş mexanizminin daha da təkmilləşməsinə imkan verib.

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...