Azərbaycan bankları valyuta satışından valyuta alışına keçdi

Azərbaycan bankları valyuta satışından valyuta alışına keçdi
Bu ilin I yarısında Azərbaycan manatının xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə uyğun və məzənnə rejiminin çevikliyinin daha da artırılması şəraitində formalaşıb.

"Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalında bildirilir.

İcmala əsasən, 6 ay ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalıb. Belə ki, hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 23,3%, avro ilə əməliyyatların həcmi isə 4,8% azalıb.

Hesabat dövründə valyuta bazarında əməliyyatların 85,9%-i ABŞ dollarında, 14,1%-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 24,4%-i banklararası valyuta bazarında (BVB), 75,6%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 57,6%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,7%-ni hüquqi şəxslərə valyuta satışı təşkil edib.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar ötən ilin 6 ayı ərzində 151 mln. dollarlıq xalis valyuta satışı həyata keçirdiyi halda, bu ilin yanvar-iyun aylarında 91 mln. dollarlıq xalis alış həyata keçirib ki, bu da manatın məzənnəsinin sabitliyi ilə əlaqədardır.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...