Oturaq işlə məşğul olanların nəzərinə


Oturaq işlə məşğul olanların nəzərinə
Kateqoriya məlum deyil08.09.25, 20:5052 👁️
T

İnsanların masabaşı işlərdə çalışması onları oturaq həyata öyrəşdirir. Hərəkətsizlik nəticəsində orqanizmdə müxtəlif problemlər yaranır ki, bunların ən geniş yayılmışı piylənmədir. Bəs bu problemin qarşısını almaq üçün necə qidalanmaq lazımdır?

 

Sfera.az  xəbər verir ki, diyetoloq Leyla Süleymanova açıqlamasında bildirib ki, artıq çəkidən azad olmaq üçün istifadə edilən müxtəlif preparatlar, kokteyllər və digər vasitələr əksinə, orqanizmə daha çox zərər vurur:

 

“Piylənmə müasir cəmiyyətin ən ciddi problemlərindəndir və çox vaxt insanları yanlış müalicələrə yönəldir. Əsas səbəb düzgün qidalanmamaqdır. Normadan artıq qəbul edilən qidaların tərkibindəki toksinlər və şlaklar bədəndə yığılır, nəticədə qaraciyər və mədəaltı vəzi kimi daxili orqanların fəaliyyətinə mənfi təsir göstərir. Araşdırmalara görə, oturaq işlə məşğul olan insanların 30-40 faizində mədə-bağırsaq xəstəliklərinə rast gəlinir. Çoxları səhər və günorta yeməyindən imtina edir, axşam isə həddindən artıq yeyirlər. Bu da həzm prosesini pozaraq artıq çəkiyə səbəb olur”.

 

Diyetoloqun sözlərinə görə, masabaşı işdə çalışanlar gün ərzində saat 2-yə qədər enerjilərini tənzimləməli, günorta yeməyində doyumlu, axşam isə daha yüngül qidalara üstünlük verməlidirlər:

 

“Səhər yeməyini buraxmaq gün ərzində enerji balansının düşməsinə və qrelini hormunun həddindən artıq aktivləşməsinə gətirib çıxarır. Nəticədə insan daha çox aclıq hiss edir. Səhər və günorta yeməklərini vaxtında qəbul etmək lazımdır ki, qidalardakı faydalı maddələr saat 12-yə qədər orqanizm tərəfindən daha yaxşı mənimsənilsin. Xüsusilə şəkərə meyilli insanlar oturaq həyat tərzi sürürsə və axşam ağır yeməklər yeyirsə, bu, orqanizmdə zəhərli maddələrin toplanmasına, nəticədə isə xəstəliyin sürətlə inkişafına və əlavə fəsadlara səbəb ola bilər”. \Metbuat.az

PAYLAŞ
Sehliyali
Yüklənir...