Dolların məzənnəsi aylıq minimumu yenilədi

Dolların məzənnəsi aylıq minimumu yenilədi

ABŞ dollarının məzənnəsi 15 aylıq minimumu yeniləyib.

Çərşənbə günü 2016-cı ilin may ayından etibarən dolların indeksi ən aşağı səviyyəyə - 92,39-a enib.

İyul ayında dolların indeksi təxminən 3% aşağı düşüb ki, bu da dolların məzənnəsinin 5 ay ardıcıl azalması deməkdir. Qeyd edək ki, bu, 2011-ci ildən bəri ən uzun müddətli azalma hesab olunur.

Yeri gəlmişkən, cari ilin ilk yeddi ayı ərzində dollar təxminən 9% ucuzlaşıb. Sonuncu dəfə 1985-ci ilin yanvar-iyul ayında dolların məzənnəsi bu qədər zəifləyib. Həmin dövrdə dollar 12,5% dəyər itirib.

Qeyd edək ki, ABŞ-da siyasi vəziyyət, inflyasiya tempinin gözlənilən səviyyədə olmaması, o cümlədən Federal Ehtiyatlar Sisteminin uçot dərəcələrini artırması ehtimallarının zəifləməsi dolların məzənnəsinin aşağı düşməsinə səbəb olub. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...