Həftə sonu hava necə olacaq?

Gündəm
16:16 / 03.08.2017
1389
Növbəti iki-üç gün ərzində Azərbaycan ərazisində isti hava şəraitinin davam edəcəyi gözlənilir.
Sfera.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, yaxın günlərdə güclü küləkli hava şəraiti gözlənilmir: "Paytaxtda mülayim cənub-şərq küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturu günorta saatlarında 33-38 dərəcə arasında dəyişəcək”.
G.Məmmədova qeyd edib ki, Azərbaycanın rayonlarında da isti hava şəraiti müşahidə olunacaq: "Şərq küləyi əsəcək. Havanın temperaturu 35-40 dərəcə arasında dəyişəcək”.
Sfera.az