Tramp “Qrin kart”ı ləğv edir

Tramp “Qrin kart”ı ləğv edir

ABŞ Prezidenti Donald Tramp "Qrin kartlar”ın (Green Card) ləğv olunması ilə bağlı qanun layihəsini təklif edib.

Bu barədə Ağ Evin mətbuat xidmətindən informasiya veriblər.

Donald Tramp qanun layihəsini son yarım əsrdə imiqrasiya sistemində ən böyük islahat adlandırıb. "The Raise” adlı qanun layihəsinin hazırlanmasında senatorlar Devid Perdyu və Tom Kotton da iştirak ediblər. ABŞ hökuməti bu sənədlə "Qrin kart” əvəzinə "müsabiqə prosesi” təşkil etməyi və miqrantlara daha çox şans yaratmağı nəzərdə tutur.

Qeyd edək ki, ABŞ-da yaşamaq istəyən əcnəbi millətlər 2009-cu ildən "Mühacir Viza proqramı”nda iştirak etmək üçün onlayn üsulla müraciət edirlər. Ərizələrin doldurulmasının son tarixi dekabrın 2-si hesab olunur. Hər il Dövlət Departamenti "Qrin kart" lotereyası vasitəsi ilə 50 min nəfərə daimi sakinlik vizası verir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR