"Dəniz kuboku - 2017"də hədəfə atışlar təxirə salındı

"Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmilərin dəniz hədəfinə artilleriya atışları ehtiyat gününə keçirilib. Bu barədə qərar müsabiqənin beynəlxalq hakimlər briqadası tərəfindən qəbul edilib.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Avqustun 2-si Xəzər dənizində təyin edilmiş rayona gələn hakimlər briqadası və gəmi heyətləri əlverişsiz hidrometeoroloji səbəblərdən müsabiqənin keçirilməsi üçün hazırlanmış reyd avadanlıqlarının zədələndiyini aşkar ediblər. Bununla əlaqədar döyüş çalışmalarının yerinə yetirilməsi əvəzinə naviqasiya məşqlərinin keçirilməsi barədə kollegial qərar qəbul edilib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin döyüş təminatı gəmiləri dəstəsi qısa müddətdə reyd avadanlıqlarını təsdiq olunmuş döyüş atışları normalarına uyğun hazırlanmasını təmin edəcəklər.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...