Aldığı mənzilə daxil ola bilmir – Çünki evi ondan xəbərsiz satılıb – VİDEO

Aldığı mənzilə daxil ola bilmir – Çünki evi ondan xəbərsiz satılıb – VİDEO

Pul verib binadan mənzil aldı, ancaq sonradan həmin mənzilin başqasına satıldığını öyrəndi. İndi şəxs aldığı mənzilə daxil ola bilmir. Halbuki onun əlində evin alqı-satqı sənədi var. Tikinti şirkətinin məsələyə münasibətini gətiririk ekrana.

Mənzil almaq üçün 65 min manat pul verdi, ancaq indi nə pulu geri ala bilir, nə də mənzili.

Bu hadisə ilə paytaxt sakini Famil Tarquluyev qarşılaşıb. Onun sözlərinə görə, 2011-ci ildə "Xutor” adlanan ərazidə Səttar Bəhlulzadə küçəsində yerləşən tikilməkdə olan 14 mərtəbəli binanın 13-cü mərtəbəsindən mənzil alıb. Mənzili ona binanı inşa edən Zəfər adlı şəxs satıb. Elə pulu da nağd şəkildə ona verib.

Famil Tarquluyev evi alanda ona möhürlü sənəd verilib. Sənəddə pulun tam ödənildiyi və mənzilin ona məxsus olduğu qeyd edilib. Ancaq sonradan onun adına olan mənzil başqasına satılıb.

Məsələ ilə bağlı əvvəlcə mənzil alqı-satqısında adı hallanan Zəfər adlı şəxslə əlaqə saxladıq. Ancaq onun telefonuna zəng çatmadı. Sonra isə binanı inşa edən, yəni sənəddə adı və soyadı yazılan Elnur Bayramovla əlaqə saxladıq. O isə bildirdi ki, Famil Tarquluyev bu binadan ev almayıb və ona verilən sənəd tamamilə qanunsuzdur.

Yaranmış vəziyyətlə bağlı Famil Tarquluyev polisə və məhkəməyə müraciət edib.xezerxeber


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...