“Facebook”da yayılan virus şəxsi məlumatları, şifrələri oğurlayır

“Facebook”da yayılan virus şəxsi məlumatları, şifrələri oğurlayır
"Son bir neçə gündə "Facebook” sosial şəbəkəsində yayılan virusla bağlı hər bir istifadəçi diqqətli olmalıdır, çünki bu viruslar onların şəxsi məlumatlarının, şifrələrinin oğurlanması ilə nəticələnə bilər”.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O qeyd edib ki, zaman-zaman sosial şəbəkələrdə bu cür hallara rast gəlinir: "Ancaq son dövrlərdə bu, bir qədər sürətlənib. İstifadəçilər özləri də bilmədən bu cür virusları aktivləşdirir, yəni hansısa bir dostunuzdan bir link alırsınız və onu aktivləşdirəndə sizin dostluğunuzda olanlara da bu cür virus yayılır. Adətən, bir qədər təcrübəli istifadəçilər bunun qarşısını ala bilirlər. Yəni diqqətlə müşahidə edəndə bilmək olur ki, bu, virusdur. Ancaq təcrübəli olmayan istifadəçilər yeni bir linkin gəlməyini güman edərək onu aktivləşdirirlər və bu da virusun yayılmasına səbəb olur. Bunun qarşısını almaq üçün istifadəçilər diqqətli olmalıdır”.

O.Gündüz vurğulayıb ki, virusun yayılmasında məqsəd müxtəlif ola bilər: "Ola bilər ki, bu virus istifadəçilərin şəxsi məlumatlarını, şifrələrini ələ keçirmək üçün yayıla bilər. Həmçinin insanların vaxtını almaq, Azərbaycanda sosial medianın fəaliyyətini ağırlaşdırmaq, lazımsız informasiyaları dövriyyəyə salmaq məqsədi ilə yayıla bilər”.

O.Gündüz hesab edir ki, virusun Ermənistan tərəfindən də yayıldığını güman etmək olar: "Bu halı da istisna etmirəm. Məqsəd o ola bilər ki, kimlərinsə şəxsi məlumatlarını ələ keçirib gələcəkdə ondan istifadə etsinlər, eyni zamanda, Azərbaycanda sosial şəbəkədə ağırlaşmalar olsun, trafik bununla yüklənsin və s. Yəni informasiya müharibəsi dövrüdür, müxtəlif məqsədlər ola bilər. Hər halda sosial şəbəkə istifadəçiləri diqqətli olmalıdır”.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...