Kərimovanın harada saxlandığı bilinib
15:42 / 01.08.2017
1046
Özbəkistanın eks-prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova hazırda Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır.
Bunu jurnalistlərə açıqlamasında "Ferghana.ru” saytının rəhbəri Daniil Kislov söyləyib.
O, Kərimovanın təcridxananın VİP şəxslər üçün olan korpusunda saxlanıldığını bildirib.
Qeyd edək ki, Kərimova bir müddət öncə həbs edilib. O, vergidən yayınmada və mütəşəkkil cinayətkar dəstənin tərkibində qəsblərdə iştirakda ittiham edilir.
Sfera.az