Qızını döyərək öldürən ataya hökm oxundu

Qızını döyərək öldürən ataya hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ögey qızını döyərək öldürməkdə təqsirləndirilən Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ögey qızını döyərək öldürməkdə təqsirləndirilən Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında E.Hacıyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən il iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi”nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.

Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.
O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham olunur. (report)

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...