Ramil Usubov amerikalı konqresmenlə görüşdü

Ramil Usubov amerikalı konqresmenlə görüşdü

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkədə səfərdə olan ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnardı qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Azərbaycanın ABŞ ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran nazir iki dövlət arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini və onun 1997-ci ilin yayında ikitərəfli münasibətlərin zirvəsi hesab olunan ABŞ-a rəsmi səfərini məmnunluqla xatırladıb. Ulu Öndərin ölkəmizin dünyaya inteqrasiyasının, bölgədə lider dövlətə çevrilməsinin, müstəqil siyasət yeritməsinin əsasını qoymuş kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birləşmiş Ştatlarla bütün sahələrdə əlaqələrin bu gün yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.

Cavan Mesnard Azərbaycanda ilk dəfə olduğunu, səfəri çərçivəsində Bakı və regionlar ilə tanışlığının, ölkəmizin ecazkar təbiətinin, sürətli iqtisadi inkişafının, hər yerdə insanların dostluq və qonaqpərvərlik nümayiş etdirməsinin onda dərin təəssüratlar yaratdığını bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qışa hazırlıq faciəyə çevrilməsin: Ev konservləri ilə bağlı təhlükə siqnalı

Payızın yaxınlaşması ilə həm qida sənayesində, həm də ev şəraitində pomidor pastası və konserv məhsullarının istehsalı intensivləşib. Bir çox insan yayda yetişə...

Mərkəzi Parkda böyük süni gölyaradılacaq

Hazırda Mərkəzi parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olun...

Gəncə şəhər stadionunda bədbəxt hadisə- İşçi öldü

Gəncə şəhər stadionunda bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, tikintisi aparılan mərkəzi stadionda ölüm faktı qeydə alınıb.   ...

Yasamalda restoranda nöqsanlar aşkarlandı

Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Faiq Mənsim oğlu Heydərova məxsus "İzmir" restoranında plandank...

"Kişilik bahalı kostyum geyinmək deyil"

"Bu günlərdə üç böyük kişini yola saldıq… Atamı, ardınca böyük yazıçı Elçin Əfəndiyevi və muğam sənətimizin dirəyi Arif Babayevi… Üç fər...

Qatarla gedənlərin nəzərinə: Bu gün və sabah reyslər ləğv edilir!

Bakı-Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 8-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam...