Rusiya üçün ağır dönəm: Ehtiyat Fondu...
14:46 / 31.07.2017
957
Rusiya Prezidenti Vladimir Putin Büdcə Kodeksinə dəyişiklikləri təsdiqləyib.
Yeni dəyişikliklərə əsasən, Rusiya Milli Rifah Fondu və Ehtiyat Fondunun vasitələri Milli Rifah Fondunun tərkibində birləşdiriləcək.
Qeyd edək ki, bundan öncə ekspertlər Rusiyanın Ehtiyat Fondunun yox olacağı ilə bağlı açıqlamalar versələr də, Moskva bunu təkzib edirdi. Belə ki, 2014-cü ildən Moskvaya qarşı tətbiq edilən sanksiyalar və neft qiymətlərinin kəskin ucuzlaşması Rusiyanın bu fondunun kiçilməsinə səbəb olmuşdu. Hazırda Rusiya Ehtiyat Fondunda 16,71 milyard dollar vəsait qalıb. Keçən ildən indiyə qədər bu rəqəm 3,75 dəfə azalıb.
Milli Rifah Fondunun gəlirləri isə 74,22 milyard dollardır. Keçən ildən indiyə qədər onda azalma miqdarı 16,6% olub.
Sfera.az