Snayperlərimiz Qazaxıstana yollandı

Gündəm
13:37 / 31.07.2017
1300
"Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən "Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.
Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, yarışlarda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin snayperləri SVD-S silahından atəş açmaqla öz ustalıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, yarışlarda 17 ölkənin komandası iştirak edir.
Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək davam edəcək.
Sfera.az