Vüsal Abdullazadə: "Hörmət görmədiyim insanlardan hər zaman uzağam" - MÜSAHİBƏ

Vüsal Abdullazadə:
Müsahibimiz iki dəfə dünya çempionu,  Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı, yeddi  dəfə Respublika çempionu, beynəlxalq dərəcəli idman ustası, III DAN qara kəmər sahibi Vüsal Abdullazadədir.

Sfera.az Vüsal Abdullazadənin müsahibəsini təqdim edir:

- Vüsal, bir çox naliyyətlərin sahibisən. Heç olubmu ki, idmançı olaraq gücünü tatamidə deyil, küçədə sınayasan?
- Əslində mən hər zaman sülh tərəfdarı olmuşam. İstənilən müzakirələr zamanı sözlə başa salmağa çalışmışam. Amma istisnalar qaçılmazdır. Elə zaman olub ki, artıq sözlə başa salmağa çalışsam da, qarşı tərəf anlamamağa, hətta özü-özünün döyülməsi üçün əl-qol atmağa başlayıb.(Gülür) Zarafat öz yerində, doğrudan da şiddətə qarşı biriyəm. Gücümü hər hansı layiq olmayan birinə sərf etməyi sevmirəm. Amma danılmaz faktdır ki, bəzi insanları sözlə başa salmaq olmur. O zaman idmançı olmağımdan deyil, sırf əsəbimə tab gətirə bilmədiyimə görə fiziki güçümdən istifadə etmişəm. Yenə də deyirəm, bunu istəyərək deyil, qarşımdakı vadar etdiyi üçün eləmişəm. Elə bir insanam ki, qarşımdakı kimliyindən asılı olmayaraq  səhv olduğu halda mən onu çəkinmədən üzünə deyirəm. Anlayan insan olanda nə demək istədiyimi başa düşür, anlamayan insan isə nə desəm də təsiri olmur. Ona görə də insan  bəzən özünü cilovlaya bilmir. Onu da deyim ki, əsəbi olanda baxmırsan, idmançısan və  ya başqa sahə sahibisən. Qeyd eləmək istədiyim ən əsas nüans isə karatedə digər idman növlərindən fərqli olaraq küçə döyüşləri yoxdur. Karate nizam-intizamlı bir idman növüdür. Küçədə döyüşü idmanımıza görə deyil, insanlığını aşağı tutan bəzi dırnaq arası insanlara görə göstəririk.

- Sudonun inkişafında əziyyəti danılmaz olan Vüsal Abdullazadənin vitse-prezident adından imtina etməsinin səbəbi?
- Sudodan ayrılmağımın əsas səbəbi sudonun bir idman növü kimi Azərbaycanda tanınmaması idi. İkinci növbədə, mən bildiyiniz kimi, sudonun inkişafında, tanınmasında bir ilə yaxın əziyyət çəkdim. Amma buna baxmayaraq, qarşılığında heç nə görmədim. Demirəm maddi çəhətdən,  mənə yaraşmaz bunu dilə gətirim, ən azından mənəvi cəhətdən insan qarşılıq gözləyir və məndə bunu  federasiyadan  görmədim. Həm də  vaxtımı öz tələbələrimə, karatenin inkişafında yeni idmançılar yetişdirmək üçün ayırmağa daha çox üstünlük verməli olduğumu düşündüm. Mən elə bir insanam ki, qarşımdakına çox dəyər verirəm. Əgər o dəyərin qarşılığın görmədimsə, özümə hörmət elədiyim üçün həmin insandan uzaqlaşıram. Fikirlərim Sabir Süleymana da aiddir.  Bəzi sözgəzdirən insanların fikirlərinə aldanaraq arada soyuqluq yaratdı.
 
- Hələ 2013-cü ilin iyul ayında mən Sabir Süleymanova Simmey-do Karate Federasiyasının Azərbaycanda nümayəndəliyinin yaradılması təklifini verdim. O zaman mən İdman Akademiyasının tələbəsi idim. Sabir Süleymanov isə Bakıda idman klublarının birində müəyyən saatda 5-10 tələbə ilə məşğul olurdu. Mən o zaman adıçəkilən federasiyanın rəhbəri ve s. məlumatları dəqiqləşdirərək, Sabir Süleymanı bu federasiyaya yönləndirdim və avqust ayında bu nümayəndəlik Azərbaycana gəldi. Nümayəndəliyə Sabir Süleyman sahib olsa da, amma çox işləri öz üzərimə götürmüşdüm və çalışırdım ki,  daha tez inkişaf edək. Elə Sabir müəllimin ilk addımları buradan başladı. Hazırda  özünün də bəyənmədiyi federasiyanın baş katibidi. (Gülür)  Bu haqda heç danışmaq istəməzdim. Amma görürük çörəyimizin duzu yox imiş.
 

- Bəs, sən yalan olduğunu, şər atıldığını bildiyin halda niyə məhz susmaq qərarına gəldin? Niyə Sabir müəllimlə şəxsən görüşüb məsələni öz aranızda düzgün şəkildə həll etmədiniz? 
- Əslində mən buna cəht elədim. Amma Sabir Süleyman öz fikirlərinə deyil, yalan olan fikirlərlə düzgünlüyü özlüyündə qərarlaşdırdı. Bizim danışıqlarımız oldu. Mən səbrlə bütün fikirlərini dinlədim, bu mənim ən azından dinləmək mədəniyyətimin olmasından irəli gəlirdi. Son fikirlərimi bildirmək istəsəm də, Sabir Süleyman yenə də öz dediyindən dönmədi. Mənsə hörmət görmədiyim insanlardan hər zaman uzağam və uzaq da olacam. 

- Tanınmış və titullu idmançı kimi sudonun Azərbaycandakı tarixçəsini necə şərh edərdin? Yəni inkişafını hansı pillədə  görürsən?
- Mən  subyektiv fikirimə əsaslanaraq demək istəyirəm ki, sudo bir federasiya  bir idman növü olaraq Azərbaycanda heç bir zaman inkişaf etməyəcək. O vaxt inkişaf olardı ki, həmin federasiyada birlik olsun, inam olsun, güvən olsun. Bunlar yoxdursa həmin federasiya istər sudo, istərsə də başqa idman növü inkişaf edə bilməz. Sudo heç Azərbaycanda bir federasiya kimi qeydiyyatda deyil. Mən bunun üçün çalışırdım, amma xoş niyyətli və canyandıran olmağın bir mənası olmadığını hiss etdim. İnanın ki, ona sərf etdiyim zamanı BKDA-na sərf etsəydim, akademiya deyil rəsmi federasiya adın vermişdilər (gülür).

- Onu da qeyd edim ki, biz hal-hazırda bir çox federasiyalarla işləyirik. Məsəlçün Azərbaycan Karate Do Federasiyası, Azərbaycan Kempo Federasiyası və s bu kimi tanınmış və Azərbaycanda öz sözünü demiş federasiyalarla çalışırıq. İnkişafımız, tanınmamız göz önündədir. Biz söz verdiksə, edirik. Əsas da öz ağlımız, öz düşüncəmiz sayəsində çox pilləri aşacağıq.
 
 
- Sabir Süleyman olanların səhv olduğunu bilib, yenidən səninlə bir araya gəlib, iş birliyini davam etdirmək istəsə necə qəbul edərsən?
- Mən özümdən böyük olan insanlara hər zaman hörmət eləmişəm. Yəni salam, sağ ol olacaq. Amma iş birliyi və ya əvvəlki  kimi yaxından dostluq, qardaşlıq qətiyyən olmayacaq. 

- Rəhbərlik etdiyin  Bakı Karate-Do Akademiyasından, tələbərindən, gələcək yarışlardan danışaq...
- Akademiyamız öz axarında inkişaf edir. Bildiyiniz kimi, tələbələrim təzəlikcə yay düşərgəsindən gəliblər. Deyə bilərəm ki, bu onlar üçün istirahət deyil, təlim-məşq toplanışı idi. Bilsəydilər bəlkə də, gəlməzdilər (gülür). Təbii ki, bu bir zarafatdı. Tələbələrim çox əzimkardılar. Bu da məni çox sevindirir.  Ən əsas yarışımız noyabr ayında olacaq. Aprel döyüşlərində öz canını qurban verən, şəhidimiz Samir Qaçayevin xatirəsinə həsr olunmuş Beynəlxalq turnir keçiriləcək. Onu da qeyd edim ki, Samir Qaçayev mənim xalam oğludur. Onun xatirəsini əziz tutmaq bir qardaş, bir vətəndaş kimi mənəvi borcumdur. Ona görə  idman nazirliyinə müraciət edim və sağolsunlar ki, təklifimi qəbul etdilər. Yarış çox vətənpərvər ruhda olacaq. Çünki bir idmançının əsas məqsədi vətənini qorumaq üçün vuruşmaqdı. Tələbələrimi tatamidə çıxıb rəqibini udmaq üçün yetişdirmirəm. Mən tələbələrimi vətən üçün, torpaqlarımız üçün, düşmənlərdən qorumaq üçün qorxmamaları, əzmkarlıqla mübarizə aparmaqları, ən əsası düşməni öz gücləri ilə yıxmaları üçün yetişdirirəm. Tələbələrim də bu hissləri gördüyüm zaman fəxr edirəm. Gələcəyimizi, bizdən sonrakı nəsli "qorxmaz igidlər” adlandırıram. 
 

- Digər ölkələrdən idmançıların iştirakı nəzərdə tutulub?
- Bəli, təbii ki, beynəlxalq turnir olduğunu nəzərə alsaq, digər qonşu ölkələrdən də idmançılar qatılacaq. Bu bir növ gələcək Avropa və dünya çempionatına hazırlıq olacaq. Bütün iştirak edəcək idmançılarımıza uğurlar arzulayıram. Qələbə hər zaman Azərbaycanın olsun. Bizlərə qələbə sevinci yaraşır!

- İdmanın sənin həyatında rolu böyükdür. Maraqlıdır, Vüsalın həyatında sevginin rolu necədi? Yəni sevdiyin xanım var?
- Sevgi hissi hamıda olur. Bu vətənə, ailəyə, dosta, yaxın bildiyin şəxslərə olan sevgilərdir. Sevgi insanı daha da ruhlandıran və güclü edən  bir simvoldur. Bu, təbii ki, mənim subyektiv fikrimdir. Sevginin qarşılıqsız tərəfi belə insana gözəl hisslər yaşadır. Məni çoxları çox sərt və eqoist biri kimi tanıyır. Amma xaricdən elə görünsəm də, daxilimdə sevgini yaşadıb,onunla yaşayan biriyəm. İndi gələk ən çətin, məsuliyyətli  və ən əsası mənə daha çox verilən sualın cavabına (gülür). Bəli, sevdiyim  xanım var. Sevmək və sevilmək gözəldir. Allah hər kəsə nəsib etsin.

Xəyalə Qasımlı
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Niyam Rəmişin xanımını işdən çıxardıb?

Aparıcı Zaur Kamal müğənni Niyam Salaminin mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünü sahibi olduğu restoranda işdən çıxartdığını deyib. ...

Ən hündür və ən qısa qadınlar tarixdə ilk dəfə görüşdülər: Ortaq cəhətləri nələrdir?

Londonun “The Savoy” otelində qeyri-adi görüş baş tutub. Dünyanın ən qısa qadını, hindistanlı 30 yaşlı Cyoti Amge (boyu 63 sm) ilk dəfə planetin ən ...

Hesablama Palatası məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir.   Sfera.az xəbər verir...

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Bakıda tikintidə bədbəxt hadisə olub.   Sfera.az xəbər verir ki, hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində baş verib.   Burada...

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zananda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdar...

Energetika naziri “İstanbul Enerji Forumu”nda iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın dəvəti ilə Türkiyəyə səfər edib.   Bu barədə ...