DİQQƏT! Əhaliyə ŞAD XƏBƏR! ÖDƏNİŞSİZ OLDU

DİQQƏT! Əhaliyə ŞAD XƏBƏR! ÖDƏNİŞSİZ OLDU
Azərbaycanda parkinqlərlə bağlı yeniliklər edilib. "Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinə edilən yeniliklər artıq qüvvəyə minib.

Yeniliklər parkinqlərdə əlillər üçün yerin ayrılmasını nəzərdə tutur və əlillər üçün ayrılan yerlərdə başqa sürücülərin avtomobili park etməsini qadağan edir. Bundan əlavə, parkinqdə ödənişdən artıq dayanan sürücülər barəsində elektron protokol tərtib oluna bilər. Üstəlik, ödəniş etmədən parkinqdə maşın saxlayanların da cərimələnməsi nəzərdə tutulur.

Daha bir yenilik avtomobilin parkinqdə saxlanma qaydası ilə bağlıdır. Belə ki, parkinqdə nəzərdə tutulan qaydadan fərqli – parallel və ya perpendikulyar – maşın saxlamaq 20 manat cərimədir. Həmçinin, parkinqdə müxtəlif üsullarla başqa yerləri zəbt etmək də məsuliyyətə səbəb ola bilər. Bütün bunlarla bağlı mexanizm hələ işə düşməsə də, sürücülər üçün ən vacib yenilik parkinqlərdən pulsuz istifadə ilə bağlıdır.

"Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinin 15-ci hissəsində 15 dəqiqəyədək pulsuz parklanmaya konkret olaraq icazə verir. Həmin maddə belədir:

XV. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur.

Özü də nəzərə almaq lazımdır ki, bu norma tək Bakıya yox, bütün ölkəyə aiddir. Qeyd edək ki, bu yeniliklər ötən il Milli Məclisdə qəbul edilsə də, bu il iyulun 1-dən qüvvəyə minib. (avtosfer.az)

OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...