Qətərdən Ərdoğana təşəkkür
16:06 / 29.07.2017
1114
Qətərin paytaxtı Dohadakı bir ticarət mərkəzinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nəhəng posteri asılıb.
Qətərlilər bu posteri Ərdoğanın Körfəz böhranında onlara verdiyi dəstəyə təşəkkür etmək məqsədilə asıblar.
Qətərin Maliyyə naziri Əli Şərif Əl Emadi Qətər xalqının bununla həm də türk xalqına təşəkkür etdiyin bildirib:
"Bu poster Qətər xalqının Türkiyənin şərəfli Prezidenti Rəcəb Tayyib Ərdoğana simvolik bir hədiyyəsidir. Bu posterlə ona və türk xalqına təşəkkürümüzü bildiririk”.
Sfera.az