Rusiya ilə bağlı qorxunc proqnoz: 2018-ci ildən...

Rusiya ilə bağlı qorxunc proqnoz: 2018-ci ildən...

Ənənəvi olaraq kreditor kimi çıxış edən Rusiya, 2018-ci ildən xalis borcalan ölkəyə çevrilə bilər.

Bu barədə Analitik Kredit Reytinq Agentliyinin (AKRA) ekspertləri məlumat yayıb. AKRA-nın hesabatında bildirilir ki, əgər 2008-ci ildə büdcə ehtiyatları Rusiyaya xalis kreditor olmaq imkanı yaradırdısa, Ehtiyat Fondunun xərclənməsi və büdcə kəsirinin uzunmüddətli maliyyələşdirilməsinə üstünlük verilməsi 2017-ci ildə onu xalis borcalana çevirəcək.

AKRA ekspertləri bu nəticəyə Rusiyanın xalis kreditor mövqeyinin dinamikasının son illərdə azalması ilə əsaslandırırlar. Belə ki, 2017-ci il yanvarın 1-nə xalis kreditor mövqeyi son 10 ilin minimal səviyyəsinə çatıb və 1,1 trln. rubl (18,4 mlrd. ABŞ dolları) təşkil edib. Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə bu göstərici 5,7 trln. rubl (84 mlrd. dollar) olub. Xalis kreditor mövqeyinin azalmağa başlamasına səbəb Rusiya hökumətinin iqtisadiyyatı dəstəkləmək üçün büdcədən xərcləri artırması olub. AKRA bildirir ki, hətta neft qiymətlərinin baha olduğu 2011-2014-cü illərdə Rusiya hökuməti valyuta ehtiyatı toplamayıb. 2014-cü ildən sonra isə ehtiyatlardan büdcə kəsirinin örtülməsi üçün istifadəyə başlanılıb.

AKRA-nın araşdırma və proqnozlaşdırma qrupunun rəhbəri Natalya Proxorova hesab edir ki, 2018-ci ildə Rusiyanın kredit mövqeyi mənfiyə çevriləcək və yığılan aktivlərin 1%-ni təşkil edəcək. Agentliyin fikrincə, Rusiya xalis borcalan statusunda iki ilə yaxın qalmalıdır. Sərt büdcə siyasəti onun yenidən xalis kreditora çevrilməsinə kömək edəcək. Hazırda ÜDM-in 4%-nə bərabər olan ehtiyatlar isə, 2020-ci ilə 6%-ə çatacaq. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...

Ağstafada avtomobil maneəyə çırpıldı - Xəsarət alanlar var

Ağstafa rayonunun Saloğlu qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.   Sfera.az-ın məlumatına görə, avtomobili...