ABŞ səfiri Rusiya XİN-ə çağırılıb

ABŞ səfiri Rusiya XİN-ə çağırılıb

ABŞ-ın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Con Tefft Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN-in rəsmi saytı informasiya yayıb.

Nazirliyin məlumatına görə, burada Con Tefftə Rusiya hökumətinin ölkədəki ABŞ diplomatlarının sayının azaldılması qərarı ilə bağlı mətn təqdim olunub. Bundan əlavə ABŞ səfirinə müvafiq olaraq bildiriş xarakterli notalar verilib.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya ABŞ-dan ölkədəki diplomatik personalın sayının azaldılmasını tələb etmişdi.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR