Qoltuqaltı qaralmasını aparan SADƏ ÜSULLAR

Qoltuqaltı qaralmasını aparan SADƏ ÜSULLAR
Qoltuqaltı qaralması xüsusilə qadınları narahat edən bir problemdir. Üstəlik, yaydırsa, bu, əsl kabusa çevrilir. Bəs qoltuqaltı qaralmasından qurtulmaq mümkündürmü? Ailem.az bununla bağlı xanımlara bir neçə məsləhət təqdim edir.
 
Qoltuqaltı qaralmasına səbəb nədir?
 
Bu problem yayda çox tərləmə, qoltuqaltını ülgüclə təmizləmək, istifadə edilən tük təmizləyici məhsulun keyfiyyətsiz olması, epilyasiya və başqa səbəblərdən dolayı ortaya çıxır. Qoltuqaltında yaranan qaralmanın səbəbi mütləq araşdırılmalıdır. Çünki qaralmalar hormonal pozuntular, istifadə edilən dərmanlar, hətta xərçəng kimi səbəblərdən dolayı da ortaya çıxa bilər.
 
İnsanda hansı problemləri yarada bilər?
 
Bir insanda özgüvən əskikliyi, psixoloji pozuntu v ə üzüntü kimi hallara səbəb olur.
 
Bu problem necə həll olunar?
 
Dilimlənmiş kartof
 
Hər gün bir nazik kartof dilimi ilə qoltuqaltınızı 10 dəqiqə ovun. Müəyyən müddət sonra rəngin açıldığını görəcəksiniz.
 
Şəkər tozu üsulu
 
Bir xörək qaşığı zeytun yağı və bir xörək qaşığı şəkər tozunu qarışdırın. Qoltuqaltınızı bununla ovun, sonra duş qəbul edin.
 
Süd
 
Südün tərkibində olan vitamin və yağ turşuları dərini ağardır. İki yemək qaşığı süd, bir çay qaşığı şor və bir yemək qaşığı unla xəmir hazırlayın. Dəriyə qoyun, 15 dəqiqə gözləyin və soyuq su ilə durulayın. Bu xəmir dərinin ölü hüceyrələrdən təmizlənməsinə kömək edəcək. Tam yağlı süd ilə daha yaxşı effekt ala bilərsiniz.
 
Soda üsulu
 
Sodanın dəriyə faydalarını hər kəs bilir.  Bir miqdar soda və suyu qarışdıraraq həmin bölgəyə sürtün. Qoltuqaltındakı qaralma tədricən aradan qalxacaq.
 
Formul
 
1 çay qaşığı düyü, 1 çay qaşığı sirkə, 1 çay qaşığı qatığı qarışdırın. Tüklərdən təmizlədiyiniz və yuduğunuz qoltuqaltına sürtün. 20 dəqiqə saxlayın. Sonra ilıq su ilə durulayın və quruladığınız qoltuqaltına uşaq pudrası vurun. (lent.az)

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...