Rusiya Azərbaycan pomidorunu qəbul etmədi - Səbəb

İqtisadiyyat
12:59 / 27.07.2017
929
Rusiyanın Kalininqrad vilayətində Baytarlıq və Fitosanitariyaya nəzarət üzrə Federal Xidmətinin əməkdaşları ("Rosselxoznadzor") Azərbaycandan gətirilən 18 ton təzə pomidor məhsulunun ölkəyə daxil olımasına icazə verməyib.
Sfera.az-ın Report-a istinadən verdiyi məlumata görə, tərəvəz məhsulunda fitosanitar tələblərin pozulduğu aşkar edilib.
Məhsulun ölkəyə daxil edilməsi qadağan olunub.
Sfera.az