İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı

17:07 / 26.07.2017
1178
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Alı Qocayevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Alı İbrahim oğlu Qocayev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, A.Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısıdır.
Sfera.az