“Neftçi” – “Şalke” matçı: bu gün...

“Neftçi” – “Şalke” matçı: bu gün...

Avstriyada təlim-məşq toplanışında olan "Neftçi” bu gün yoxlama matçında qüvvəsini sınayacaq.


Sfera.az xəbər verir ki, bakılılar Almaniyanın adlı-sanlı klubu "Şalke” ilə qarşılaşacaq.

Almaniyanın Noykirxen şəhərindəki "Sportzentrum” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bundesliqa təmsilçisi ilə matç "CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


Yoxlama görüşü

26 iyul
20:00. "Neftçi” (Azərbaycan) – "Şalke” (Almaniya)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR