İstehlak kreditlərinin azalması əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır - Ekspert ŞƏRHİ

16:47 / 25.07.2017
1407
"Belə bir vəziyyətin yaranmasının 2 əsas səbəbi var: 1) Bankların özlərinin vəziyyəti yaxşı deyil, problemli kreditərin həcmi hər ay artır, banklar verdikləri kreditləri geri toplaya bilmiz, bu da onların kredit potensialını zəiflədir, yeni kreditlər banklar tərəfindən daha ağır şərtlərlə təklif olur, 2) Ölkədə iqtisadi aktivlik, ticarət dövriyyəsi, iqtisadiyyatın həcmi azalıb".
Bu sözləri Sfera.az-a bankların müştərilərə verdiyi kreditin həcminin azaltmasının səbəblərini şərh edərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, iş adamlarına yüksək faizlə, qısa müddətə kredit götürmək sərf etmir:
"İndiki şəraitdə istehsala və xidmətə qoyulan yatırımlar uzun zaman qazanc gətirmir. Amma kredit faizləri hesablanır ki, bu da iş adamlarına sərf etmir. İstehlak kreditlərinin azalması isə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır. Əhalinin real gəlirləri azalıb deyə, kreditlərə də maraq azalıb".
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası son statistikalarda banklar tərəfindən müştərilərə verilən kreditin həcminin azaldığını açıqlamışdı.
Azad Əliyev
Sfera.az