Azərbaycanlı idmançı qəzada ölüb

19:09 / 24.07.2017
2074
İranın velosiped üzrə çempionu Zeynəb Sasaniyan avtomobil qəzasında ölüb.
Ərdəbilin universitet xiyabanında avtomobilin ağaca çırpılması nəticəsində Zeynəb Sasaniyan hadisə yerində ölüb, onun qohumlarından biri isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, əslən azərbaycanlı olan Zeynəb Sasaniyan velosiped üzrə İranın milli yığma komandasının üzvüdür.
Sfera.az