BMT sülhməramlılarına hücum edilib
Dünya
15:44 / 24.07.2017
1035
Mərkəzi Afrika Respublikasında BMT-nin hərbi maşın karvanına hücum olub.
Banqasu şəhəri yaxınlığında pusquda gözləyən terrorçular maşın karvanını atəşə tutublar. Hücum nəticəsində Mərakeşdən olan sülhməramlı əsgər həlak olub.
BMT faktla bağlı məsuliyyəti xristian və ənənəvi inanclar ardıcıllarından ibarət "Antibalaka” qruplaşmasının üzərinə götürdüyünü bildirib.
Xatırladaq ki, Mərkəzi Afrika Respublikasında xristian və müsəlmanlar arasında qarşıdurma uzun illərdir davam edir.
Sfera.az