İlham Əliyev: "Qarabağ sözünün erməni dilində heç bir mənası yoxdur"

İlham Əliyev: "Qarabağ sözünün erməni dilində heç bir mənası yoxdur"
"Ermənistanın bugünkü ərazisindəki şəhər adları öz mənşəyini Azərbaycan dilindən götürüb"
“Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün mənşəyi Azərbaycana məxsusdur. Bu, Qara Bağ deməkdir, bunun erməni dilində heç bir mənası yoxdur”.
 
Sfera.az-ın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Parisdə UNESCO Baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışında deyib. Onun sözlərinə görə, ermənilər bu ərazidə XIX əsrin ortalarında məskunlaşıblar: “Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm. Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməcəyik. Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər. Onlar geri qayıdacaqlar! Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini tamamilə dəstəkləyir. Eyni zamanda, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün mənşəyi Azərbaycana məxsusdur. Bu, Qara Bağ deməkdir, bunun erməni dilində heç bir mənası yoxdur.
 
Ermənilər bu ərazidə XIX əsrin ortalarında məskunlaşıblar. Çar Rusiyasının XX əsrin əvvəllərinə təsadüf edən xəritələrinə baxsanız görəcəksiniz ki, Ermənistanın bugünkü ərazisinin, bütün şəhərlərinin və kəndlərinin, bütün toponimlərinin mütləq əksəriyyətinin adları öz mənşəyini Azərbaycan dilindən götürüb. Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaradılmışdır. Bu respublikanın qəbul etdiyi ilk qərarlardan biri Yerevanı Azərbaycandan Ermənistana vermək oldu. Ermənistanın bugünkü paytaxtı XX əsrin əvvəlində əhalisinin 80 faizini azərbaycanlılar təşkil edən bizim tarixi İrəvan şəhərimizdir. Bu gün bu şəhər tamamilə etnik təmizlənməyə məruz qalıb. Beləliklə, tarix və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir və sizin də təsəvvür edə bildiyiniz kimi, bu məsələ Azərbaycan üçün, Azərbaycanın hər bir vətəndaşı üçün bir nömrəli məsələdir. Bu faciəvi hadisələrə və bu günədək davam edən işğala baxmayaraq Azərbaycan transformasiyada böyük uğura imza ata bilmişdir.”

OXŞAR XƏBƏRLƏR

Dollar Trampa görə bahalaşır - İDDİA

ABŞ-də seçkilər yaxınlaşdıqca dolların bahalaşması müşahidə edilir.   Sfera.az xəbər verir ki, “Bloomberg”ə danışan analitiklər bunun bi...

Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul etdi - Yeniləndi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.   Sfera.a...

Azərbaycanda FACİƏ: Meyxanaçı və 2 qadın yanaraq öldü - FOTO

Ötən gecə Ucarda baş verən dəhşətli qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib.   Sfera.az xəbər verir ki, xəbər veri...

COP29 ərəfəsində yerli hotellər dayanıqlılıq təlimlərinə cəlb olundu

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq çərçivəsində dayanıqlılıq səriştələrinin artırılması istiqamətində ...

Bakıda bəzi yollara məhdudiyyət tətbiq edildi

Hazırda Bakının bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib, bir neçə yolda isə avtomobil sıxlığı müşahidə olunur....

Manipulasiya nədir və ondan necə qorunmaq olar? - AÇIQLAMA

Son zamanlar manipulyasiya ifadəsi ilə tez-tez rastlaşırıq. Bir çoxumuz hələ də bu ifadənin nə anlama gəldiyini qavraya bilmirik.   Bəs manipulyasiy...