Kabildəki teraktın məsuliyyətini Taliban üzərinə götürüb - 24 ölü
Dünya
11:00 / 24.07.2017
957
09:14
Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.
Hadisə terrorçu-kamikadzenin özünü partlatması nəticəsində baş verib.
Nəticədə 20 nəfər ölüb.
Məlumata görə, hadisə ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında baş verib.
***
Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 24-ə, yaralananların sayı isə 42-ə çatıb.
Bu haqda "Assoşeyted Press” agentliyi məlumat yayıb.
***
Taliban kərəkatı Əfqanıstanın paytaxtı Kabildə 24 nəfərin ölümünə səbəb olan partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Sfera.az