Ermənistanda partlayış: Yaralanan var
Dünya
10:15 / 24.07.2017
983
Ermənistanın Artaşat şəhərindəki qazdoldurma məntəqəsində partlayış olub.
Bu barədə informasiyanı Ermənistanın Fövqəladə Hallar Nazirliyi yayıb.
Nazirlik partlayış nəticəsində bir nəfərin xəsarət aldığını bildirib. Partlayışa əsas səbəb VAZ-2106 avtomobilinin qaz balonunun partlaması olub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Sfera.az