Siqaretin yaranma tarixi

Siqaretin yaranma tarixi
İlk dəfə siqaretin oxşarı Amerika hinduları tərəfindən düzəldilib. Siqaret Avropada isə Krım müharibəsindən (1853-1856) sonra yayılmağa başlayıb. Türk və rus əsgərləri siqareti barıtın kağız gilizinə büküb çəkirdilər. Daha sonra bu adət ingilis və fransız əsgərləri arasında yayılmağa başlayıb. Avropada ilk siqaret fabriki isə Londonda inşa olunub.
1880-ci illərdə ABŞ-da siqaret istehsalı üçün nəzərdə tutulan ilk cihazlar yaradıldı. Siqaretlerin istehsalında isə yeni növ tütünlərdən (məsələn, “Ağ Berli”) istifadə olunmağa başlanıldı. Bu siqaretlər filtirsiz istehsal olunurdu və papirosu xatırladırdı.
İlk dəfə asbest filtirli siqaretlər isə tanınmış “Kent” markası tərəfindən İngiltərədə istehsal olunmağa başlayıb. Daha sonra təkmilləşərək müasir filtir növləri yaradılıb. Yeni filtirlərə mentol da əlavə edilərək mentollu siqaretlərin istehsalına başlanılıb.
1847-ci ildə isə əllə bükülmüş türk siqaretlərinin satışı ilə məşğul olan məşhur “Philip Morris” şirkətinin əsası qoyulub. 1902-ci ildə şirkət Nyu-Yorkda nümayəndəliyini yaratdıqdan sonra marketinqlə məşğul olmağa başlamış və “Marlboro” siqaretlərinin istehsalına start vermişdi. Siqaretlər çoxlu insanlar tərəfindən istifadə olunmağa başlanır və beləliklə 1913-cü ildə R.J.Reynolds şirkəti “Camel” siqaretlərinin istehsalına başlayır.
1920-ci ildən başlayaraq təkcə kişilər deyil, qadınlar da siqaret çəkməyə başladılar. 1939-cu ildə isə “American Tobacco Company” yeni markası olan “Pall Mall” siqaretləri buraxmağa başladı. Bundan sonra şirkət ABŞ-ın ən böyük tütün şirkətinə çevrildi. Daha sonra “Reynolds Winston” filtirli yeni marka siqaretlərinin istehsalına başlayır.
1940-1950-ci illər siqaret təsərrüfatının “qızıl” illəri hesab olunur.

 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...