SOCAR-ın satdığı qaz bahalaşıb
18:18 / 18.07.2017
1210
SOCAR Georgia Gas” şirkətinin Gürcüstanda satdığı təbii qazın qiyməti artıb.
Ölkənin Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının qərarına əsasən, "SOCAR Georgia Gas” şirkətinin abunəçiləri 1 kubmetr qaz üçün 55 tetri əvəzinə 57 tetri ödəməli olacaqlar.
Qeyd edək ki, "SOCAR Georgia Gas” şirkəti cari ilin iyununda təbii qazın tarifinin artırılması ilə bağlı Gürcüstan hökumətinə müraciət etmişdi. SOCAR Gürcüstanın 80%-dən çoxunu təbii qazla təmin edir. (apa)
Sfera.az