Michael və Joaquia Sherman (Maykl və Cokay Şerman) cütlüyü gələcək övladlarının cinsini açıqlandığı ziyafət təşkil ediblər. Qız övladı ilə bağlı xəbər ailəni şoka salıb, çünki 108 il ərzində böyük ailədə qız doğulmayıb.
Sfera.az bildirir ki, 32 yaşlı ailə başçısı buna inanmayıb və emosiyalarını saxlaya bilməyib.
5 yaşlı Mekainin valideynləri olan Şerman ailəsi xəbəri geniş Şerman ailəsinə çatdırmaq üçün parti təşkil edib. Ata bu xəbəri eşitməkdən qürur duyduğunu bildirib.
"Biz bunun mümkün olduğunu düşünmürdük. Hər kəs sadəcə şokdadır"-deyə ana bildirib.
Qadın deyir ki, o, əvvəlcə yalnız ailəsi üçün çox kiçik, özəl bir parti planlaşdırsa da, həkim səhvən nəticələri bacısının yerinə ona göndərib. Buna görə də gələcək ana böyük Şerman ailəsinə zəng etmək qərarına gəlib.
"Mən bunu gördüm və dedim ki: “Tamam, indi böyük bir ziyafət verməliyəm. Atlantadan Mayklın ailəsinin gəlməsini istəyirdim”-deyə o xatırlayır.
Ərinin, təbii ki, körpənin gələcək cinsi haqqında heç bir fikri olmayıb. Maykl sarğı çıxaranda təkcə Atlantadan olan qohumlarını deyil, ölkənin hər yerindən gələn ailəni və televizor kamerasını görüb. Hətta Cokay belə anasının yerli çəkiliş qrupunu dəvət etdiyini bilməyib.
Mayklın atası nəvəsinin cinsinə dair xəbəri monumental" adlandırıb. O deyir ki, ötən əsrdə bütün ailədə yalnız kişilər olub.
"Mənim üç oğlum var, atamın iki, atasının iki, atamın qardaşının iki oğlu var. Hamısı oğlandır".
Ailənin dediyinə görə, Şerman ailəsindəki sonuncu qız 1917-ci ildən 2004-cü ilə qədər uzun ömür sürmüş Mayklın böyük xalası Ora Bell Şerman olub. Cütlüyün oğlu, 5 yaşlı Mekay əvvəlcə qardaş istəsə də bacısı olacağı reallığını artıq qəbul edib.
Bu arada ailə qızın qarderobunu planlaşdırmağa başlayıb və Cokay gələcək qızı ilə manikür və "qız kimi əylənmək" arzusundadır. Cütlük hələ gələcək qızları üçün ad seçməyib, lakin Mayklın sözlərinə görə, ailə üzvləri artıq bəzi vacib məsələlərə qərar veriblər.
AYNİL