Aydın Əliyevdən türkiyəli iş adamlarına - Müraciət

Aydın Əliyevdən türkiyəli iş adamlarına - Müraciət

Adətən iki ölkə arasında münasibətlər siyasi və iqtisadi sahələrdə qurulur. Lakin Azərbaycanla Türkiyənin münasibətləri yalnız bu iki sahədə qurulmayıb, bizi qardaşlıq bağları birləşdirir.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bugünkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər hər bir sahədə, o cümlədən gömrük sahəsində günbəgün yaxşılaşır.

"Azərbaycanla Türkiyə arasında siyasi münasibətlər olduqca yüksək səviyyədədir. Biz iqtisadi əlaqələrin də bu səviyyədə qurulmasını istərdik", - A. Əliyev bildirib.

Komitə sədri bildirib ki, son zamanlar gömrük sahəsində qanunvericiliklə bağlı ciddi təkmilləşdirmə işləri aparılır və bunun hesabına Azərbaycan investisiya baxımından olduqca əlverişli məkana çevrilib:

"Gömrük sahəsində tətbiq etdiyimiz elektron sənəd mübadiləsi, "Yaşıl", "Sarı", "Qırmızı" dəhlizlərin tətbiqi, gömrük rüsumlarından azadolmalar və sair də buna aiddir. Azərbaycanda əlverişli investisiya mühiti formalaşıb".

Qurum rəhbəri son zamanlar iki ölkə arasında gömrük sahəsində müşahidə olunan problemlərə də toxunub: "Türkiyə məhsullarının Azərbaycana ixracı zamanı bir sıra problemlər olur ki, bu da ikili invoysların tətbiqi ilə bağlıdır. Bunun tətbiq edənlər gömrük vergi və rüsumlarından yayınmaq istəyir. Lakin biz ölkəmizə investisiya yatırmaq, məhsul idxal etmək istəyənlərə hər cür şərait yaradırıq. Mən türk iş adamlarına səslənirəm ki, bu cür hallara yol verməyin. Siz isə öz növbənizdə bunu digər həmkarlarına tövsiyə edin".

A. Əliyev Türkiyənin dünyaca məşhur şirkətlərini də Azərbaycana investisiya yatırmağa dəvət edib. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...