Türkiyə Azərbaycan layihələrindən nə qədər qazanıb?

Türkiyə Azərbaycan layihələrindən nə qədər qazanıb?

Türkiyə dövləti və şirkətləri Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft kəməri, Trans-Anadolu qaz boru kəməri (TANAP), "Şahdəniz” layihələrinin icrasından 8 mlrd. ABŞ dollarından çox gəlir əldə edib.

Bunu BP şirkətinin qlobal emal və marketinq üzrə icraçı direktoru Tufan Erginbilgiç bildirib.

Onun sözlərinə görə, bu layihələrdən Türkiyə daha 15 mlrd. dollar qazanacaq:

"Dünya neft hasilatının 1%-i BTC ilə, 2,5%-i Türkiyə boğazları ilə daşınır. Türkiyə bizim üçün önəmlidir. Təkcə TANAP layihəsi Türkiyəyə inamımızı göstərir. Bu layihədə BP şirkəti 12% paya malikdir”.

O qeyd edib ki, layihə üzrə işlər qrafikə uyğun irəliləyir və gələn il Şahdəniz-2 layihəsi çərçivəsindıə ilk qaz Türkiyəyə nəql olunacaq: "Cənub Qaz Dəhlizi layihəsi üzrə işlər tamamlandığında Xəzər qazı ilk dəfə olaraq Avropaya nəql olunacaq. Burada Türkiyənin rolu çox önəmlidir. Türkiyə BP şirkəti üçün çox vacib və strateji iş ortağıdır. Həm BTC, həm də "Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihələrində Türkiyənin TPAO və BOTAŞ şirkətləri ilə çalışırıq. BP şirkətinin qiymətləndirmələrinə görə, BTC, TANAP və "Şahdəniz” layihələrinin Türkiyəyə ümumi töhfəsi 8 mlrd. dollardan çoxdur. Bura investisiya, ödənilən paylar da daxildir”.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazara çıxarılır. TPAO şirkəti 6,53% payla BTC-də səhmdarlardan biridir.

"Şahdəniz" qaz-kondensat yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur. Hazırda yatağın işlənməsinin I mərhələsi çərçivəsində Türkiyəyə ildə 6 mlrd. kubmetrdən çox qaz nəql edilir. "Şahdəniz" konsorsiumda TPAO 19% paya mailkdir.

TANAP Xəzər dənizin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP-da Türkiyənin BOTAŞ şirkəti 30% paya malikdir. (report0

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...