Ölkəmizin bu zavodu borca görə satışa çıxarıldı – 38 milyona

Ölkəmizin bu zavodu borca görə satışa çıxarıldı – 38 milyona

"Bakı Fındıq Emalı” müəssisəsi banka borcu olduğuna görə satışa çıxarılıb.

Sfera.az xəbər verir ki, müəssisənin Azərbaycan Beynəlxalq Bankına kredit borcu olub. Bu borca görə də müəssisəni bankın toksit aktivlərini idarə edən "Azərkredit" hərraca çıxarıb. Hərraca çıxarılan "Bakı Fındıq Emalı” müəssisəsinin ilkin satış qiyməti 37 milyon 744 min manatdır.

Müəssisə Beynəlxalq Bankdan ümumilikdə 60 milyon manat kredit götürüb. Məlumata görə, müəssisənin Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakəndə 1681 hektar torpaq sahəsi, bölgələrdə 7 fındıq emalı sexi var.

Cəmiyyətin ümumi istehsal gücü: minimum 5.000 ton qabıqlı fındıq xammalını emal edərək ondan 1800-2000 ton fındıq ləpəsi və digər fındıq məhsulları (hazır məhsul çıxışı 36-40% civarında mövsümdən asılı olaraq dəyişə bilir) əldə oluna bilər. İstehsal olunmuş məhsullar yerli və xarici (Rusiya, Ukrayna, İtaliya, Almaniya) bazarlarda satılır.

Açıq hərrac 15 avqust 2017-ci il tarixində keçiriləcək.

Qeyd edək ki, "Bakı Fındıq Emalı” müəssisəsi ("BakFem” MMC) 1996-cı ildən fəaliyyət göstərir və Azərbaycanda fındıq emalı ilə məşğul olan ən iri müəssisələrdən biridir.


Sfera.az

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...