Ər, arvad, “Facebook” və dəhşət - Foto

Ər, arvad, “Facebook” və dəhşət - Foto

Xüsusi təhlükəsizlik şirkətində işləyən Ayşe E, davamlı Facebooka girdiyi üçün ona xəbərdarlıq edən ərini bıçaqla yaralayıb. “Qəsdən yaralama” günahından iddia açılan qadın, 7 ay 15 gün həbsə məhkum edilib

İstanbulda, 35 yaşlı Aişə E, Facebooka girdiyi üçün əri Dursun Ölmez tərəfindən xəbərdarlıq edilincə bıçağa sarılıb.Hadisə, 3 il əvvəl baş verib. İddiaya görə, xüsusi təhlükəsizlik şirkəti işçisi olan Aişə E-nin internetdə çox vaxt keçirməsindən narahat olan həyat yoldaşı Dursun Ölmez, artıq Facebooka girməməsini söyləyib. Cütlük arasında başlayan mübahisə davaya çevrilib. Baş verən dava zamanında Ayşe E, əlinə keçirdiyi bıçaqla ərini qarınından və çiyinindən yaralayıb. Xəstəxanaya qaldırılan Dursun Ölmez, müalicəyə alınıb. İstintaq çərçivəsində Ayşe E-yə "qəsdən yaralama" günahından 3 ilə qədər həbs istəyi ilə iddia açılıb. İfadə verən şübhəli Aişə E., "Həyat yoldaşım həddindən artıq qisqancdı. Hadisə günü əlimdə bıçaq vardı, meyvə yeyirdim. İnternetdə başqaları ilə tanış olduğumu və saçlarımı onlar üçün düzetdirdiyimi söyləyərək mənə vurdu. Başmı divara dəydi. O ankı sinirlə onu bıçaqladım. Bu hadisədən sonra yoldaşımla 6 ay daha birlikdə yaşadıq, sonra ayrıldıq",- deyib. Dursun Ölmez isə ifadəsində "Həyat yoldaşım evdə davamlı Facebooka girirdi, heç çıxmırdı. Kompüteri bağlamasını söylədiyimdə acıqlı cavab verdi. Mən də “ bağlayacaqsan” dedim. Məni bıçaqladı. Üzgünüm, yoldaşımdan şikayətçi deyiləm" deyə danışıb.


OXŞAR XƏBƏRLƏR