Məşhur çempionumuz gecə klubunda qızı döydü
İdman
09:29 / 17.07.2017
2269
Boks üzrə dünya çempionumuz Elvin Məmişzadə gecə klubunda dava salıb.
Hadisə şəhərin "26 land” gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb. Məmişzadə Elvin Rauf oğlunun döydüyü xanım xəsarət alıb. Məsələ ilə bağlı polis tərəfindən araşdırma başlanıb.
Hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində baş verib.
Qeyd edək ki, dünya çempionumuz olan Məmişzadə, eyni zamanda I Avropa Oyunlarının qızıl medalçısıdır. (yenicag.az)
Sfera.az