İranda atışma: polis rəisi öldürülüb
Dünya
16:43 / 15.07.2017
1384
İranın Buşehr vilayətinin Abpəxş bölgəsində polis məntəqəsində atışma baş verib.
Bu barədə İranın "Mehr” agentliyi məlumat yayıb.
Hərbi xidmətini polis kimi çəkən əsgər bölmə rəisinə odlu silahdan atəş açaraq onu ağır yaralayıb. Yaralanan polis rəisi xəstəxanada keçinib.
Hadisənin səbəbi barədə məlumat verilmir. Polis rəisini yaralayan əsgər hələ də təslim olmayıb.
Sfera.az