İlham Əliyevdən Elmira Süleymanova ilə bağlı - Qərar

18:56 / 14.07.2017
1168
Prezident İlham Əliyev E.T.Süleymanovanın "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə və ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Elmira Teymur qızı Süleymanova "Şərəf” ordeni ilə təltif edilsin.
Sfera.az