Qorxulu proqnoz: Türkiyə...
![Qorxulu proqnoz: Türkiyə...](https://sfera.az/photo/orginal/2017/07/14/361603.jpg)
Antarktidadan ötən gün ayrılan aysberq qlobal istiləşmənin təzahürüdür.
Bu barədə Bild informasiya agentliyi məlumat yayıb.
Qəzet qlobal istiləşmənin səbəb olacağı dəniz səviyyəsinin yüksəlməsi nəticəsində risk qrupuna daxil olan ərazilərin xəritəsini hazırlayıb. Xəritəyə görə, Almaniyanın şimalındakı Hamburq, paytaxt Berlinin bir hissəsi, hətta Stokholm və Amsterdam kimi şəhərlər suyun altında qala bilər.
Dəniz səviyyəsinin əsrin sonuna qədər 1.5 metr yüksələcəyini düşünən Kiel Universitetinin tədqiqatçısı Mojib Latif, qlobal istiləşmənin qarşısı alınmazsa, bu ssenarinin bir neçə yüz il içərisində gerçəkləşə biləcəyini deyib. Qəzetin tərtib etdiyi xəritəyə əsasən, Türkiyənin sahilyanı əraziləri də risk qarupuna daxildir və bəzi bölgələr tamamilə sular altında qala bilər.