“AST Telman”ın bahalı otelini su qiymətinə alan bankdan AÇIQLAMA

“AST Telman”ın bahalı otelini su qiymətinə alan bankdan AÇIQLAMA
Azərbaycan əsilli iş adamı Telman İsmayılovun (“AST Telman”) atasının adını daşıyan və 1,4 milyard dollara başa gələn, dünyanın ən dəbdəbəli otellərindən olan yeddiulduzlu “Mardan Palace”a Antalya bələdiyyəsi tərəfindən həbs qoyulub, satışa çıxarılmışdı.

Bundan sonra Türkiyənin “Halk Bank”ı  kredit borcları ilə əlaqədar Telman İsmayılovdan müsadirə olunaraq, hərraca çıxarılan oteli dəyərindən 12 dəfə ucuz - cəmi 128 milyon dollara almışdı.

Məlumat üçün bildirək ki, “Mardan Palace” son vaxtlar maliyyə çətinlikləri yaşayırdı. “AST Telman”ın ən böyük kreditoru olan “Halk Bank”a, həmçinin “Garanti Bankası”na külli miqdarda borcu var idi.

Lakin müflis olmağa doğru gedən Telman İsmayılov otelin satışı ilə bağlı qanunsuzluğa yol verildiyini iddia edib. O, deyib ki, təşkil edilən tenderin keçirilmə şərtləri pozulub.

Antalya Birinci İcra Məhkəməsinə müraciət edən milyonçunun şikayəti təmin edilərsə, otel yenidən öz sahibinə qaytarıla bilər.

Məsələ ilə bağlı Türkiyədəki “Halk Bank”dan Modern.az saytına açıqlama verilib. Bankdan bildirilib ki, Telman İsmayılovun iddiası və mətbuatda yazılanlarla tanışdırlar.

Bununla belə qeyd olunub ki, hələlik, “Halk Bank” tenderlə bağlı deyilənər barədə açıqlama vermək səlahiyyətində deyil. Bunun səbəbini isə hüquqi prosedurlarla əlaqələndiriblər:

“Bizim bununla bağlı bir açıqlama vermək səlahiyyətimiz yoxdur. Çünki iddialar əsasında hüquqi prosedurlara uyğun iş aparılır. Biz yazılanlardan, deylənlərdən xəbərdarıq, amma açıqlama vermək səlahiyyətimiz yoxdur. Çünki hüquqi proseslər gedə-gedə biz bu haqda nəsə deyə bilmək səlahiyyətinə malik deyilik. Hüquqi proseslər başa çatdıqdan sonra “Halk Bank” geniş açıqlama ilə çıxış edəcək”.(bizimyol )

OXŞAR XƏBƏRLƏR

Dollar Trampa görə bahalaşır - İDDİA

ABŞ-də seçkilər yaxınlaşdıqca dolların bahalaşması müşahidə edilir.   Sfera.az xəbər verir ki, “Bloomberg”ə danışan analitiklər bunun bi...

Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul etdi - Yeniləndi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.   Sfera.a...

Azərbaycanda FACİƏ: Meyxanaçı və 2 qadın yanaraq öldü - FOTO

Ötən gecə Ucarda baş verən dəhşətli qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib.   Sfera.az xəbər verir ki, xəbər veri...

COP29 ərəfəsində yerli hotellər dayanıqlılıq təlimlərinə cəlb olundu

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq çərçivəsində dayanıqlılıq səriştələrinin artırılması istiqamətində ...

Bakıda bəzi yollara məhdudiyyət tətbiq edildi

Hazırda Bakının bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib, bir neçə yolda isə avtomobil sıxlığı müşahidə olunur....

Manipulasiya nədir və ondan necə qorunmaq olar? - AÇIQLAMA

Son zamanlar manipulyasiya ifadəsi ilə tez-tez rastlaşırıq. Bir çoxumuz hələ də bu ifadənin nə anlama gəldiyini qavraya bilmirik.   Bəs manipulyasiy...