Kılıçdaroğlunun çevriliş olayında əli var - Hesabat
17:24 / 13.07.2017
963
CHP iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd etmiş FETÖ-nu cəsarətləndirməkdə günahlandırılıb.
Türkiyə mediası xəbər verir ki, bu barədə 15 iyul çevriliş cəhdini araşdıran komissiya hesabatına əlavələr edilib.
Hesabatda CHP-nin əvvəlcə çevriliş cəhdinə qarşı olsa da, sonradan FETÖ-nu cəsarətləndirəcək açıqlamalar yaydığı qeyd edilib. Xüsusilə CHP sədri Kamal Kılıçdaroğlunun "idarəli çevriliş” açıqlaması sərt reaksiyaya səbəb olub
Sfera.az