Rusiyanın hərbi gəmiləri İranda
![Rusiyanın hərbi gəmiləri İranda](https://sfera.az/photo/orginal/2017/07/13/361479.jpg)
Dünya
16:43 / 13.07.2017
993
Rusiyanın Xəzər donanmasının gəmiləri İranın Bəndər-Ənzəli limanına gəlib.
Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb.
Məlumatda bildirilir ki, gəmilərin İrana gəlməsinin səbəbi hərbi əməkdaşlığın gücləndirilməsidir.
Səfər zamanı Rusiya hərbçiləri İran Hərbi Dəniz Qüvvələrinin rəhbəri və Gilan vilayətinin rəhbəri ilə görüşüblər.
Sfera.az