Bakının istilik problemi: İki qurum bir-birini ittiham edir

Bakının istilik problemi: İki qurum bir-birini ittiham edir
“İstehlakçılara təbii qazın verilişində heç bir məhdudiyyət yoxdur. Əhali tələbata uyğun olaraq mavi yanacaqla təmin olunur”

Bunu AzVision.az-a açıqlamasında “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev “Azəristiliktəchizat” ASC-nin ittihamlarına cavab verərkən bildirib.

Qurum rəsmisi qeyd edib ki, mənzillərə istilik sisteminin verilməməsinə görə qarşı tərəf məsuliyyət daşıyır.

“Qazanxanalara təbii qazın verilişinə gəlincə, biz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Mövsüm başlayandan indiyə qədər hansı qazanxana haqqında aidiyyatı qurum tərəfindən “Azəriqaz” İB-nə müraciət daxil olubsa, həmin qazanxana texniki-normativ və təhlükəsizlik tələblərinə cavab verirsə, tərəfimizdən həmin qazanxanalar təbii qazla təmin olunur. Bu müraciətlər hazırda da davam edir. Müraciətlər araşdırılır və ona uyğun addımlar atılır”. 

Qeyd edək ki, noyabrın 15-dən ölkə üzrə istilik təchizatının verilməsinə başlanılmalı olsada Bakının bir çox yerlərində binalar və dövlət müəssisələrinə istilik verilməyib. 

“Azəristiliktəchizat”ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev açıqlamasında bildirib ki, buna görə məsuliyyəti “Azəriqaz” daşıyır. 

Onun sözlərinə görə, “Azəristiliktəchizat”ASC-nin “Azəriqaz”a borcu var və buna görə bir neçə qazanxanaya mavi qazın verilişi dayandırılıb.

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...