Prezident DİN-in Əsasnaməsində dəyişiklik etdi

Prezident DİN-in Əsasnaməsində dəyişiklik etdi

Prezident İlham Əliyev DİN-in Əsasnaməsində dəyişiklik edib.

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”ni "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 453, № 12, maddə 731; 2004, № 10, maddə 760; 2005, № 4, maddə 280, № 10, maddələr 871, 872; 2006, № 10, maddə 846, № 11, maddə 927; 2007, № 8, maddə 756, № 11, maddələr 1073, 1081; 2008, № 3, maddə 155, № 10, maddə 882; 2009, № 2, maddə 48, № 6, maddə 399; 2010, № 3, maddə 171, № 4, maddə 273, № 12, maddə 1057; 2011, № 1, maddə 13, № 2, maddə 71; 2013, № 5, maddə 462; 2015, № 5, maddə 489, № 10, maddə 1090; 2016, № 2, I kitab, maddə 187; 2017, № 3, maddə 342) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 45-ci maddə aşağıdakı redaksiyada verilsin:

"45. Hər bir daxili işlər orqanları əməkdaşının attestasiyası beş ildə bir dəfədən çox olmayaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.”.

2. 49-cu maddə ləğv edilsin.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...